Əsil müharibə indi başlayır...

Bu gün, 16:08           
Əsil müharibə indi başlayır...
Ukrayna “Flamingo”ları Çeboksariyə gəliblər. Hücumun hədəfi naviqasiya avadanlığı və "Shahed" dronlarında istifadə olunan "Kometa" antenaları, eləcə də "Iskander-M" və "Kalibr" raketləri istehsal edən VNIIR-Progress zavodu olub. VNIIR-Progress Ukrayna sərhədindən təxminən 1000 kilometr məsafədə yerləşir.

Bu zərbələrin fərqi nədədir? Əgər əvvəlki zərbələr dronlarla həyata keçirilirdisə, indi Ukrayna istehsalı olan "Flamingo" işə düşüb. Bu, Ukrayna istehsalı olan qanadlı raketdir və 18 avqust 2025-ci ildə istehsal olunduğu elan edilib, dövlət sınaqlarından keçib və hazırda seriyalı istehsaldadır. Onun mənzili 3000 km-ə qədərdir və bir tondan çox ağırlığında döyüş başlığı daşıya bilir. O, Ukrayna müdafiə şirkəti Fire Point tərəfindən hazırlanıb.
Amma bu da hələ, hamısı deyil. Samara bölgəsində Novokuibışevsk Neft Emalı Zavodunda yanğın baş verdiyini bildirilir. Vladimir vilayətində iki neft nasos stansiyası zədələnib. Kamenski rayonundakı Vtorovo nasos stansiyasında və Lobkovo nasos stansiyasında yanğın baş verdiyi bildirilir. Hər iki stansiya Transneft əsas boru kəməri sisteminin bir hissəsidir və Rusiyanın mərkəzi bölgələri arasında neft nəql edir.
Daha əvvəl Vladimir vilayətinin qubernatoru dron hücumundan sonra iki infrastruktur obyektində yanğınlar baş verdiyini bildirmişdi, lakin Rusiya Müdafiə Nazirliyi öz hesabatında bölgədən bəhs etməmişdi. Vtorovo nasos stansiyasına artıq bu ilin may ayında və 2025-ci ilin sentyabrında hücum edilmişdi.
Görünür ki, bu yay Rusiyada çoox isti olacaq...
Dadash Ahmadli














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru