Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Sığorta haqqının hesablanması qaydaları dəyişir - VİDEO

Bu gün, 16:38           
Avtomobil sahiblərinin NƏZƏRİNƏ:
İyun ayının 21-dən etibarən avtomobillər üçün sığorta haqqının hesablanması qaydaları dəyişir. Yeni tətbiq olunacaq qaydalara görə sığorta haqqı hesablanarkən, sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.

Xəzər TV xəbər verir ki, təkcə avtomobil sahibinin deyil, həm də etibarnaməsi olan digər şəxslərin sığorta tarixçəsi də nəzərə alınacaq.

Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olanların sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, nəqliyyat vasitəsinə görə etibarnaməsi olan şəxslərin sayından asılı olaraq, sığorta haqqı ən çox risk əmsalı olan şəxsin əmsalına görə hesablanacaq.

Əvvəllər sürücülər maşını digər şəxslərə etibarnamə ilə verdikdən sonra onların adından avtosığorta etdirərək, yüksək məbləğlə sığorta haqqı ödəməkdən yayına bilirdilər. Lakin tətbiq olunacaq qaydalara əsasən, artıq bu mümkün olmaycaq.

Ekspert, həmçinin sığortanın hesablanması qaydasında aparılan bu dəyişikliklərin, gələcəkdə sığorta xidmətinin və davamlılığının inkişafına müsbət təsir edəcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru