Hansı tərəfimiz üzərində yatmalıyıq? - Həkim geniş yayılmış mifi təkzib etdi

Bu gün, 16:18           
Hansı tərəfimiz üzərində yatmalıyıq? -
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna dair yayılan fikirlər yanlışdır.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı neyrofizioloq Fadi Hallal İspaniyanın "Hola" nəşrinə müsahibəsində bildirib.

Həkim izah edib ki, sol tərəfdə yatmaq yalnız müəyyən hallarda, məsələn, hamiləliyin son dövrlərində və ya qastroezofageal reflüks (mədə möhtəviyyatının qida borusuna geri qayıtması) zamanı faydalıdır. F.Hallalın sözlərinə görə, mütləq hər kəs üçün yararlı olan universal yuxu pozası mövcud deyil.

"Ən yaxşı vəziyyət yaxşı istirahət etməyə və ağrısız oyanmağa imkan verən vəziyyətdir", - deyə neyrofizioloq qeyd edib.

O, yuxu pozasını səhərlər insanın özünü necə hiss etdiyinə əsasən fərdi qaydada seçməyin vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru