Azərbaycan Dövlət Neft Fondu 135 min 555 manata çay-qənd alacaq - TENDER KEÇİRİB

Bu gün, 15:08           
Azərbaycan Dövlət Neft Fondu  135 min 555 manata çay-qənd alacaq - TENDER KEÇİRİB
"Bəh, bəh, bəh. Səhər-səhər kefiniz açılsın deyə yazıram:
Azərbaycan Dövlət Neft Fondu qurumda keçiriləcək tədbirlər üçün müxtəlif qida vasitələrini almağa 135 min 555 manat xərcləyəcək. Bununla bağlı tender də keçirib."
TEREF yazır ki, bunu ünlü jurnalist Fikrət Fəraməzoğlu yazır. Fikrət bəy daha sonra yazır:
"Və məlum olub ki, həmin pula 600 qutu 500 qr-lıq qara çay (300 kq), 30 qutu 500 qr-lıq yaşıl çay (15 kq), 5000 ədəd salma çay (qara), 3000 ədəd yaşıl salma çay və 325.5 kq qənd alacaq.
P.S. Bakıdakı "mənəm-mənəm" deyən çay evi, çayxana il boyu bu qədər çaydan, qənddən istifadə etmir. Deyirəm, bəlkə, ARDNF neftin başını buraxıb, keçib çay evi biznesinə? "












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru