M.C. Bağırova münasibət hər zaman bir mənalı mənfi olub.

Bu gün, 12:04           
M.C. Bağırova münasibət hər zaman bir mənalı mənfi olub.
Lakin, kimsə tam mənfi, ya da tam müsbət olmadığı kimi onun da müsbət tərəfləri var idi. Mənfilərini hamı bilir, müsbətlərindən danışmaq istədim: ll Dünya müharibəsində Sovet dövləti azərbaycanlıları digər türk xalqları kimi bütünlüklə sürgün etməyi planlaşdırmışdı. Beriyanın hazırladığı bu plana görə azərbaycanlılar Mərkəzi Asiya və Qazaxıstana sürgün edilməli idi. Bağırov şəxsən Stalini inandıraraq bu planı pozdu.
İyrənc qonşularımız müharibədən sonra Qarabağı istəyəndə Bağırov vermədi. Həm də Stalinin, Beriyanın qılıncının ən kəskin vaxtında.
Güneyimizdə Pişəvəri hərəkatı başlayanda Bağırov tam dəstək verdi, hətta Milli Hökumətin qurulmasına Bakıdan rəhbərlik etmişdi. Məqsədi iki Azərbaycanı birləşdirmək idi. Stalin xəyanət edib İran nefti qarşılığında hərəkatı satanda isə ölümü gözə alıb Stalinə kəskin etiraz etmişdi. Təəssüf ki, bir şeyə nail ola bilmədi.
Başqa da xeyli əhəmiyyətli tədbirləri var:
23 yanvar 1945-ci ildə AEA-nı təsis etdi. Bu, ölkədə elmin sistemli inkişafının təməlini qoydu. İnstitutlar, elmi kadrlar bu bazada formalaşdı.
ADU, Azərbaycan Tibb İnstitutu, Neft və Kimya İnstitutu gücləndirildi. Texnikumlar, ixtisas məktəbləri şəbəkəsi genişləndi. Müharibədən sonra minlərlə azərbaycanlı gənc Moskvada, Leninqradda oxumağa göndərildi.
Mingəçevir SES-in tikintisinə 1945-ci ildə başlandı. Sumqayıt boru-prokat zavodu, Daşkəsən filiz kombinatı onun dövründə layihələndirildi. Bu obyektlər 1950-60-cı illərdə Azərbaycanın sənaye gücünə çevrildi.
"Arşın mal alan", "O olmasın, bu olsun" filmləri çəkildi. Opera və Balet Teatrı, Dram Teatrı üçün yeni tamaşalar qoyuldu. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov kimi sənətkarlar dövlət mükafatları aldı.
Müharibə illərində Bakının hava hücumundan müdafiəsini də O təşkil etmişdi. Müharibədən sonra Hökumət Evi, “Bakı Soveti” metrosunun ilk layihəsi kimi şəhərsalma işlərini də başlatmışdı.
Aşağıda paylaşdığım yazıda isə oğlunu müharibəyə göndərən yüksək vəzifəli Ata görürürk. Oğlu da qəhrəmanlıqların ən böyüyünü etmiş, öz təyyarəsi ilə tarana gedərək qəhrəmanlıqla həlak olmuşdur. Bir ata üçün bundan daha ağır heç nə ola bilməz...
Mənfi tərəflərini isə onsuz da hamı bilir, əlində minlərlə vətəndaşımızın qanı var. Sadəcə müsbət və mənfilərini tərəziyə qoysaq hansı daha ağır gələr deyə düşünürəm.
Təranə Vəliyeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru