Sevindik Hətəmov vəzifəsindən azad edilə bilər...

1-12-2018, 08:37           
Sevindik Hətəmov vəzifəsindən azad edilə bilər...
Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov kreslosu ilə vidalaşır.Teref.az-a daxil olan məlumata əsasən icra başçısı ilə bağlı olaraq yuxarı dairələrdə ciddi narazılıqlar var. Məlumata əsasən 2017-18 ci ildə ən çox şikayət edilən rayonlardan biri kimi Salyan rayonun olması icra başçısı ilə bağlı qərarın verilməsini tezləşdirə bilər.

Təkcə vətəndaşların şikayətləri ilə bağlı deyil, eyni zamanda ötən il üzrə aqrar göstəricilərində də Salyan rayondan pis nəticələrin olması Sevindik Hətamovun işdən alınmasını tezləşdirən amillərdəndir.
Bundan başqa Salyanda təhsil üzrə göstəricilər, eyni zamanda səhiyyə sahəsindən əhalinin narazılıqlarının çoxalması vəziyyəti bir qədər də qəlizləşdirib.
Teref.az-a verilən məlumata görə Sevindik Hətəmov bərk narahatlıq hissi keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru