5 günlük şirkət Lənkəran İcra Hakimiyyətinin 267 minlik tenderini necə udur? - Müəmma

15-03-2023, 09:14           
5 günlük şirkət Lənkəran İcra Hakimiyyətinin 267 minlik tenderini necə udur? - Müəmma
Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "All The Trıfles" MMC (VÖEN- 1102747751) olub.

Yeniavaz.com xəbər verir ki, qalib şirkət İcra Hakimiyyətinə 266 min 742 manat 54 qəpik dəyərində tikinti materialları satacaq.

Məlumat üçün bildirək ki, İcra Hakimiyyəti tender müsabiqəsini bu ilin yanvar ayının 25-də elan edib.

Maraqlıdır ki, tenderin qalibi olan "All The Trıfles" MMC tender elanından cəmi 5 gün sonra – 30.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Tender elanından cəmi 5 gün sonra yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Qaradağ rayonu, Qobustan ŞTQ, Puta qəs. ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Arif Aydın oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru