Britaniyada sağlam şəxs yeddi il xərçəng xəstəliyindən müalicə alıb
Bu gün, 12:34
Böyük Britaniyada bir kişi heç vaxt xəstə olmadığı halda yeddi il ərzində sağalmaz xərçəng xəstəliyindən müalicə alıb.
Bu barədə "BBC News" məlumat yayıb.
Yanlış diaqnoz Saymon Pirsona 2018-ci ildə qoyulub.
Tibb işçiləri Pirsona bildiriblər ki, onda gələcəkdə oğullarına da keçə biləcək nadir qan xərçəngi növü var. Ötən illər ərzində pasiyent onlarla prosedurdan keçib, lakin 2025-ci ildə diaqnozun səhv olduğunu öyrənib.
Xəstəxana rəhbərliyi ailədən üzr istəyib, nəyin səhv getdiyini araşdırdıqlarını və belə bir halın bir daha təkrarlanmaması üçün problemləri aradan qaldırdıqlarını təsdiqləyib.