DYP-nin sabiq rəisi yaşıllıqlara “meydan” oxuyur-FOTO FAKT

24-04-2023, 10:08           
DYP-nin sabiq rəisi yaşıllıqlara “meydan” oxuyur-FOTO FAKT
Artıq bir neçə gün öncə Dövlət Yol Polisinin sabiq rəisi Afət Mirzəyevin nüfuzundan sui-istifadə edərək Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində sahibi olduğu “Uğur” restoranın həyətində 2022-ci ildə yeni tikdırdiyi kafenin yanında olan 3 ədəd ağacı qanunsuz olaraq kəsdirməsi barədə xəbər paylaşmışdıq.

Azerinfo.media Xəbər Informasiya Agentliyi sözügedən paylaşımdan sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün Afət müəllim və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsin əməkdaşları ilə əlaqə saxlanılmışdı. ekologiya işçiləri cavab olaraq bildirmişdi ki, guya orda ağac kəsilməyib. Halbuki, fotoşəkillərdən də aydın görünür ki, orda (pəncərə, divar və qapının yanında ) olan 3 ədəd ağacı kəsilib.
Burdan belə məlum olur ki, bu “yaşıl soyqrım”ların başında ekologiya işçiləri durur, başda onların rəisi Şakir Quliyev olmaqla.

Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərə əsasən, bu yaşıl soyqırımlar bir başa yuxarıda adları çəkilən dırnaq arası ekoloqların əli ilə törədilir.

Aidiyyatı qurumlar hələki bu haqsızlığa göz yumur.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Turantv.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru