Göyçayda daha bir biabırçılıq; Baş memar şikayətə gələn onkoloji xəstəni polisə apartdırdı...

7-06-2023, 17:09           
Göyçayda daha bir biabırçılıq; Baş memar şikayətə gələn onkoloji xəstəni polisə apartdırdı...
Göyçay şəhər sakini Məmmədova Südabə Nəcmi qızı tərəfindən
Yazaraq bildirmək istəyirəm ki, bu gün səhər saatlarında Göyçay Rayon İcra Hakimiyyətindən həyat yoldaşım Məmmədov Cavid İkram oğluna oraya dəvət etdilər. İcra hakimiyyəti Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin qəbulunda olduq. Bundan öncə onun haqqında ölkə başçısına və yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlayırdıq. Məhz ona görə də o, bizi öz kabinetdə təhqir etməyə başladı. Mən ona "Sən bizə neyləyəcəksən ki? Bizim dövlətimiz, qanunlarımız var" - deyən kimi o, Göyçay Rayon Polis Şöbəsinə zəng vuraraq həyat yoldaşımı həbs etdirdi. Polis gəlməmişdən öncə Ayaz Səfərəliyev və onun adamları bizə əl-qol atdılar. Mən orada baş verən hadisəni telefon vasitəsilə çəkməyə başladım. A. Səfərəliyev və onun əlaltıları telefonumu almağa çalışdılar. Mən vermək istəmədikdə isə, qolumu zorla buraraq əlimdən aldılar. Biraz az sonra isə həyat yoldaşımı polis şöbəsinə apardılar. Hazırda həyat yoldaşım şöbədədir.
Mən buradan üzümü cənab Prezidentə, Mehriban xanıma və cənab Vilayət Eyvazova tutaraq xahiş edirəm, imkan verməyin ki, bizi ölüm həddinə çatdıran Ayaz Səfərəliyev polisin əli ilə bizə pislik etsin.
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru