Elxan Allahverdiyevində kreslosu titrəyir - AZ TV-nin tənqid atəşi altında susqunluq... VİDEO

17-01-2026, 09:14           
Elxan Allahverdiyevində kreslosu titrəyir -
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində böyük yaşıllıq ərazi 8 aydan çoxdur qurumaq, məhv olmaq təhlükəsi ilə üz-üzədir. 8 ay öncə əraziyə keçirilən baxış zamanı ağaclarda xəstəlik səbəbindən çürümə olduğu məlum olub və müvafiq qurumlara (Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə) ərazinin qorunması, ağacların yenisi ilə əvəzlənməsi tapşırığı verilib.

XALQ xəbər verir ki, bu günlərdə problemlə bağlı ərazidən Azərbayan Dövlət Televiziyası geniş reportaj hazırlayıb. Məlum olub ki, 8 ay ərzində ərazidə heç bir iş aparılmayıb və tədbir görülməyib. Buna görə də ağacların məhv olması davam edib və daha da artıb.

Problemin həlli istiqamətində cavabdeh qurumlar olan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilib.

Yaşıllaşdırma Təsərrüfarı Birliyindən bildirilib ki, sözügedən ərazidə xəstəlik nəticəsində qurumuş ağaclar son günlər müşahidə edilən güclü külək səbəbindən aşıb və qısa müddətdə birliyin əməkdaşları tərəfindən götürüləcək.

Lakin Binəqədi rayon İcra Hakimiyyəti edilən zənglərin heç birinə cavab verməyib. Halbuki ərazinin qorunması, ağacların suvarılması və lazimi qayğı göstərilməsi məhz Binəqədi İH-ə yapşırılıb. 8 ay ərzində təəssüf ki, icra hakimiyyəti əməkdaşlarnın sözügedən əraziyə baxmaq, problemlə tanış olmaq yadlarına düşməyib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]