Meyvə bağları üçün ölkədə ən yüksək subsidiya məbləğləri Naxçıvanda tətbiq olunacaq. - Amma bu pulu kim alacaq?

Bu gün, 11:34           
Meyvə bağları üçün ölkədə ən yüksək subsidiya məbləğləri Naxçıvanda tətbiq olunacaq. -  Amma bu pulu kim alacaq?
Meyvə bağları üçün ölkədə ən yüksək subsidiya məbləğləri Naxçıvanda tətbiq olunacaq. Lakin bunun bir şərti var: bağlar intensiv və superintensiv olmalıdır.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan intensiv armud bağlarına hər hektar üçün 20 min manat, intensiv alma bağlarına isə 21 min manat subsidiya veriləcək. Superintensiv alma bağları üçün bu məbləğ 32 min 200 manatdır.
Rəsmi açıqlamada bunun Naxçıvanda bağçılığın inkişafına dəstək məqsədi daşıdığı deyilir.
Amma yerli fermerlər sual edirlər: bu pulu kim alacaq? Onların sözlərinə görə, sadə fermerin belə superintensiv bağ salmağa imkanı yoxdur. Bunun üçün böyük pul, damcı suvarma sistemi, keyfiyyətli ting, texnika və daimi su lazımdır.
Ona görə də yüksək subsidiya məbləğləri yaxşı səslənsə də, bu dəstəyin sadə fermerə çatıb-çatmayacağı sual altındadır.
Gündəlik Naxçıvan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru