Məmur yalanı vətəndaş faktına qarşı: Qəbələdə böyük qalmaqal VİDEO

Bu gün, 11:44           
Məmur yalanı vətəndaş faktına qarşı: Qəbələdə böyük qalmaqal VİDEO
1xeber.media xəbər verir ki,Qəbələ rayonunda İcra Hakimiyyətinin öz fəaliyyətini sığortalamaq cəhdləri növbəti dəfə vətəndaşların acınacaqlı real faktları qarşısında iflasa uğradı. Dünən redaksiyamız tərəfindən rəsmi qurumun səriştəsiz fəaliyyəti barədə yayımlanan tənqidi materialdan narahat olan İcra Hakimiyyəti dərhal bizimlə əlaqə saxlayaraq ittihamların "yalan məlumat" olduğunu iddia etmişdi. Lakin elə bu gün kəndlərdən daxil olan yeni müraciətlər həqiqəti yenidən gün üzünə çıxardı.müraciət edən vətəndaşın bildirdiyinə görə. Qəbələnin Solquca və Dandıx kəndlərində çay yatağının daşması və ərazidə körpünün olmaması səbəbindən gediş-gəliş tamamilə kəsilib.

Sakinlər bildirirlər ki, rəsmi qurumun "hər şey qaydasındadır" iddialarına baxmayaraq, reallıqda insanlar can üstündədir:" Gəlib baxsınlar, elə bu gün də kəndlərlə rayonun əlaqəsi tam kəsilib! Körpü yoxdur, yol yoxdur. Ən pisi də odur ki, kəndə təcili yardım çağırırıq, gəlmirlər, gələ bilmirlər! Xəstələrimiz olur, yolsuzluq və körpüsüzlük səbəbindən onları xəstəxanaya apara bilmirik. İcra nümayəndəsinə, İcra Hakimiyyətinə yalvarırıq, amma bizə qarşı tam bir eşitməməzlik, saymamazlıq nümayiş etdirirlər. 21-ci əsrdə biz belə ibtidai bir problemlə baş-başa qalmışıq. Aləm dəyib bir-birinə, nə həkimə, nə bazara gedə bilirik!

Bu dəhşətli mənzərə bir daha sübut edir ki, Qəbələ Rayon İcra Hakimiyyəti sakinlərin həyati təhlükə daşıyan problemlərini vaxtında həll etmək əvəzinə, sadəcə mediada öz imicini qorumağın dərdindədir. Lakin vətəndaşların bu gün də davam edən və getdikcə böyüyən müraciətləri rəsmilərin təkzib və "yalanlama" cəhdini tamamilə boşa çıxarır.Sakinlər aidiyyəti mərkəzi dövlət orqanlarından bu saymamazlığa və səriştəsizliyə son qoyulmasını, çay yatağının təmizlənməsini və təcili körpü salınmasını tələb edirlər. Mövzu diqqətimizdədir...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru