Sabiq deputat vergidən belə yayınır

25-07-2015, 23:01           
Sabiq deputat vergidən belə yayınır
Sumqayıt Ticarət Mərkəzinin keçmiş icarədarları şikayətçidirlər. Onlar obyekti icarəyə götürərkən depozit adı ilə 3000 manata yaxın pul ödədiklərini deyirlər.

İcarədarlar pulu ödəyərkən heç bir müqavilə imzalamadıqlarını deyirlər. TİA.AZ xəbər verir ki, onlar pullarını tələb edir. “Deyirlər ki pullarımızı qaytaracaqlar. Neçə dəfə qəbullarında olduq. Bizə deyirlər ki, pulu kimə vermisizsə ondan alın. Pulu verən adam da deyir ki şapkadır.”-deyə Şahin Cəmiyev bildirir. Şikayətçilər sabiq millət vəkili Nizami İsgəndərova məxsus Sumqayıt Ticarət Mərkəzində vergidən yayınma hallarının olduğunu deyirlər. Abbas Mirzəyevin sözlərinə görə Sumqayıt Ticarət Mərkəzinin rəhbərliyi açıq şəkildə rüşvət aldığını bildirir.
Çernobl qəzasında əlil olan Fərman Məmmədov danışır ki, ayda 1000 manat icarə haqqı ödəyir. Dəfələrlə Nizami İsgəndərovun köməkçisi Etimad Bayramovdan xahiş etsə də, o icarə haqqını azaltmayıb. “Bizim rəhbərliyin, o cümədən Etimad Bayramovun verdiyi cavab bu olub ki, bizə pul verilməyib. Pulu kimə vermisizsə ondan alın. Ticarət mərkəzinə verilən depozitlər isə qaytarılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru