“Polad Ələmdar” ləqəbli Alimpaşa da yola salınır

18-05-2018, 09:37           

teref.az Vətəninfo.az-a istinadən xəbər verir ki, 17 may tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu tutduğu vəzifədən azad etdi.

Qeyd edək ki, Xaləddin İsgəndərovun vəzifəsindən azad ediləcəyi artıq dəqiqləşmişdi və onun özü də yola salınacağı günü gözləyirdi. Sabiq vergilər naziri Fazil Məmmədovun əsas adamlarından biri olduğu heçkəsə sir olmayan Xaləddin İsgəndərovla yanaşı Fazil Məmmdovun digər bir kadrı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da sərəncamının veriləcəyi günü gözləyir.

Şəmkir rayon İcra Hakimiyyətindəki qaynaqlarımız xəbər verir ki,Fazil Məmmədovun vəzifədə olduğu müddətdə özünü "Polad Ələmdar” kimi aparan icra başçısı,ini İH-nə belə könülsüz gəlib-gedir.Mənbəmiz bildirir ki, icra başçısı özünə yaxın olan vəzifəli şəxslərə özlərinə iş tapmağı da bildirib vəbu günə kimi Şəmkirdə ona güvənərək etdikləri qanunsuz əməlləri azatmalarını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru