Tramp: "Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq"

27-09-2025, 00:16           
Tramp: "Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq"
ABŞ Prezidenti Donald Tramp tərəflərin Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşma əldə etməyə "çox yaxın" olduğunu bəyan edib.
"Report" xəbər verir ki, bunu ABŞ lideri Nyu-Yorkda "Ryder Cup" qolf turnirinə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Düşünürəm ki, Qəzza ilə bağlı razılaşmaya çox yaxınıq", - o deyib və əlavə edib ki, bu razılaşma HƏMAS-ın saxladığı israilli girovların qaytarılmasına kömək edəcək.

"Bu, müharibəyə son qoyacaq bir razılaşma olacaq. Bu, sülh olacaq", - D.Tramp vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru