Erməni müxalifətçini öldürən şəxs, görün, KİM İMİŞ...

28-09-2025, 10:34           
Erməni müxalifətçini öldürən şəxs, görün, KİM İMİŞ...
Ermənistanda Armavir vilayətinin Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində şübhəli şəxs saxlanılıb.
TEREF Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata görə, saxlanılan şəxs bu ilin fevralında qətlə yetirilmiş Qriqor Ohanyanın qardaşıdır. Nazirliyin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə açıqlamasında cinayətin qisas zəminində törədilməsi versiyasının əsas götürüldüyünü bildirib. Onun sözlərinə görə, hadisənin arxasında siyasi motivlərin olması ehtimalı istisna olunur.
Məlumat verilir ki, Ohanyanın öldürülməsindən sonra qarşı tərəflər dəfələrlə “hesablaşma” üçün görüşməyə cəhd etsələr də, polis hər dəfə bu təşəbbüslərin qarşısını alıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Parakar icma rəhbəri Volodya Qriqoryan silahlı hücum nəticəsində öldürülüb. Hadisə zamanı polis zabiti də ölüb. Qətl ölkədə rezonans doğurub və siyasi motivlərlə bağlı müxtəlif ehtimallar səsləndirilib.
Volodya Qriqoryan bu ilin martında keçirilən yerli seçkilərdə hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədini məğlub edib. O, hazırda Bakıda məhkəmə qarşısında duran erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın yaratdığı “Həyat naminə ölkə” partiyasını təmsil edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru