Almanlar kansler Fridrix Mertsdən narazıdırlar

28-09-2025, 12:14           
Almanlar kansler Fridrix Mertsdən narazıdırlar
Almanların 65 %-dən çoxu ölkə kansleri Fridrix Mertsin işindən narazıdırlar.

Bunu "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.

Qeyd olunub ki, hələ iyunun əvvəlində analoji sorğuda iştirak edən respondentlərin 45 %-i hökumət başçısının fəaliyyətindən narazı olduğunu bildirib. Demək olar ki, dörd ay ərzində bu pay 20 faiz artıb.

Yalnız 23 % Mertsin fəaliyyəti haqqında müsbət fikirdədir. Halbuki iyunun əvvəlində bu göstərici 36 %-dən çox idi. Sorğuda 12 % faiz isə qərarsız qalıb.

Sentyabrın 25-26-da keçirilən sorğuda ümumilikdə, 1 003 nəfər iştirak edib.

Bu arada, Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı Almaniyanın partiya sıralamasında birinciliyini "Almaniya üçün Alternativ" partiyasına verməkdə davam edir. Respondentlərin yalnız 25 %-i mühafizəkarları, 26 %-i isə Almaniya üçün Alternativ partiyasını dəstəkləməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru