KİV: "İran İraqdakı parlament seçkisinin nəticəsini əvvəlcədən müəyyən edib"

29-09-2025, 08:12           
KİV: "İran İraqdakı parlament seçkisinin nəticəsini əvvəlcədən müəyyən edib"
Noyabrın 11-də keçiriləcək İraq parlamentinə seçkinin nəticəsi İranın xeyrinə əvvəlcədən tərtib olunub.

Oxu.Az xəbər verir ki, bu iddia ilə "The Hill" nəşri çıxış edib.

Məlumata görə, İslam Respublikasına bağlı şəxslər İraqın Ali Seçki Komissiyasına müdaxilə edərək səsvermədən öncə nəticəni formalaşdırıblar. Bu əməliyyat kvota bölgüsü mexanizmi vasitəsilə həyata keçirilir.

Mexanizm parlamentdəki yerlərin proksi qruplaşmaları və Tehran tərəfdaşları arasında əvvəlcədən bölünməsini nəzərdə tutur. Şəbəkə yalnız şiə qrupları ilə məhdudlaşmayıb, habelə, İranın təsir dairəsində olan kürd və sünni hərəkatlarını da əhatə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru