Orban Trampla danışdı: Putinlə görüşə hazırlıq artıq başlanıb

17-10-2025, 08:08           
Orban Trampla danışdı: Putinlə görüşə hazırlıq artıq başlanıb
Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bu barədə o, sosial hesabında paylaşım edib. Baş nazir bildirib ki, Trampla danışıb və artıq onun Vladimir Putinləm görüşünün hazırlıqlarına start verilib.

Qeyd edək ki, Rusiya tərəfinin açıqlamasına görə, Budapeşti görüş yeri kimi Tramp təklif edib.

Niyə məhz Macarıstanın seçilməsinə gəlincə, ekspertlərə görə, bu, ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusundan çıxması ilə bağlıdır. Belə ki, bu ilin aprelində Macarıstan hökuməti həmin sənədi təsdiqləyən qərarını ləğv edərək, onun əhatə dairəsindən çıxdığını elan edib. Bu, Putinin Budapeştə həbs tələbi olmadan səfər etməsinə imkan yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru