İmperator Ordusunun general-leytenantı, Tiflis quberniyasının qubernatoru Maqsud Əlixanov-Avarski (1846 – 1907) Gümrüdə erməni terrorçuları Dro və Kamo tərəfindən xain hücumla öldürülmüşdür.
Bu gün, 16:14
İmperator Ordusunun general-leytenantı, Tiflis quberniyasının qubernatoru Maqsud Əlixanov-Avarski (1846 – 1907) Gümrüdə erməni terrorçuları Dro (Drastamat Kanayan) və Kamo (Simon Ter-Petrosyan) tərəfindən xain hücumla öldürülmüşdür. Maqsud Əlixanov-Avarski məşhur Naxçıvanskilər nəslindən olan General Hüseyn xan Naxçıvanskinin bacısı Zərrintac bəyimin həyat yoldaşı idi. Maqsud Əlixanov həm də gözəl ədəbiyyatçı, tarixçi və jurnalist idi. Rusiyanın ən nüfuzlu qəzet və jurnallarında yazısı çap edilib. Onu da deyək ki, o, "Mərv vadisinə gedən yollar", "Tarixi-Dərbəndnamə", "Şahın qonaqlığında" və "Xivəyə yürüş" kitablarının müəllifidir. Xeyli əlyazması qalıb. O, həm də gözəl poliqlot idi. Rus, ərəb, fars, türk və dağlı dillərini mükəmməl bilirdi. Onun "Tarixi-Dərbəndnamə"si oxunanda əsil şərqşünas, ərəbşünas, Qafqazşünas və coğrafiyaşünas kimi ad qazanır. Generalın yaradıcılığı Qafqaz tarixinin dərindən öyrənilməsində də əvəzsiz mənbədir. Əlixanovun Azərbaycan tarixinə bəxş etdiyi ən dəyərli iş isə general-leytenant İsmayıl xandan aldığı müsahibədir. 1895-ci ildə qələmə aldığı bu müsahibə "Kavkaz" qəzetində dərc olunub. Bu ailənin başına gətirilən faciə haqqında "Kavkaz" qəzeti əvvəldən axıra kimi məlumat verib. Generalın matəm günlərini təsvir etməklə yanaşı onun xanımını çox sədaqətli olduğunu dönə-dönə yazıb. Эльдар Тагиев