Putin-Tramp görüşünə hazırlıq dayandırılıb

22-10-2025, 00:08           
Putin-Tramp görüşünə hazırlıq dayandırılıb
ABŞ və Rusiya iki ölkə lideri Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşə hazırlığı dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə "NBC News" telekanalının müxbiri Qarret Haake Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən sosial şəbəkədə məlumat yayıb.

"Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ilk telefon danışığı məhsuldar olub. Lakin ABŞ Prezidenti hesab edir ki, hər iki tərəf danışıqların irəliləməsi üçün hələ kifayət qədər hazır deyil", - nəşr bildirib.

"Financial Times" daha əvvəl Rubio və Lavrovun oktyabrın 30-da Macarıstanın paytaxtında görüşəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru