Rusiyanı yaşadan Bakı nefti Azərbaycana fəlakət yaşatdı
20-12-2025, 09:14
“Bizə Bakı nefti hər şeydən çox lazımdır. Onsuz sovet Rusiyası yaşaya bilməz”. V.İ.Lenin Sergo Orjonikidzeyə 1920-ci ilin aprelində belə yazmışdı. Bu sitat açıq göstərir ki, Azərbaycan məsələsinin mərkəzində bolşevik ideologiyası yox, neft dayanırdı. “Azərbaycan məsələsində hərəkətlərimiz elə qurulmalıdır ki, bu, xaricdə hərbi müdaxilə kimi görünməsin”. 1920-ci ilin martında Lenin yoldaş Georgi Çiçerinə məktbunda bunu xüsusi ilə vurğulamışdı. Yəni Azərbaycanda “xalq inqilabı”nın baş verməsi nağıldan başqa bir şey deyil... “Azərbaycanı əldə saxlasaq, bütün Qafqaz bizim üçün açıq olacaq”. Lenin Joseph Stalinə məktbunda bu məqama diqqət çəkir. Zatən indi də elədir. Rusiya Qafqazı ram etmək fikrinə düşsə, yenidən Azərbaycandan başlamalı olacaq... Təəssüf ki, 1920-ci ildə Azərbaycanın müstəqilliyi Bakı neftinin güdazına getdi. İndi də bəziləri bolşevik bayraqlarına sarılaraq Azərbaycanı yenidən Rusiyanın əsarətinə qaytarmaq eşqinə düşüblər... Elbeyi Hesenli TEREF