Kaya Kallas üzr istədi

21-12-2025, 12:08           
Kaya Kallas üzr istədi
Estoniya məhkəməsinin böhtan iddiası ilə bağlı qərarından sonra Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas "Facebook" səhifəsində rəsmi üzrxahlıq mesajı yerləşdirib.

Bu barədə "EADaily" məlumat yayıb.

Nəşrin məlumatına görə, Estoniya məhkəməsi Kallasa Ailə və Ənənələrin Müdafiəsi Fondundan açıq şəkildə üzr istəməyi tapşırıb.

Məhkəmə qərarı Kallasın 17 fevral 2022-ci il tarixli açıqlamalarına əsaslanıb. Həmin açıqlamalarda o, fondu 2021-ci ilin payızında polis əməkdaşlarına hücum etməkdə və icazəsiz mitinq təşkil etməkdə ittiham edib. Ötən ilin dekabr ayında məhkəmə bu ittihamların yalan olduğuna qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru