Trampın qərarı müzakirələri qızışdırdı...

23-12-2025, 09:24           
Trampın qərarı müzakirələri qızışdırdı...
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsi ilə bağlı "Danimarka Krallığının ərazi bütövlüyünə hörmət gözləyirik" dedi.

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Luiziana qubernatoru Jeff Landry-ni Qrenlandiya üzrə xüsusi elçi təyin etməsinə reaksiya verdi. Frederiksen sosial media paylaşımında Qrenlandiyanın "satış üçün" olmadığını bildirərək əlavə etdi: "Qrenlandlar öz gələcəklərini özləri müəyyən edirlər. Həmişə istədiyinizi əldə etmirsiniz".

Ölkəsinin demokratik dəyərlərindən imtina etməyəcəyini qeyd edən Frederiksen bildirib: "Danimarka Krallığının ərazi bütövlüyünə hörmət gözləyirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru