Zelenski istefa xəbərini TƏKZİB ETDİ

23-12-2025, 09:38           
Zelenski istefa xəbərini TƏKZİB ETDİ
Volodimir Zelenski Ukraynanın xarici işlər naziri Sibiqanın istefası ilə bağlı şayiələri təkzib edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski Diplomatik Akademiyada jurnalistlərlə ünsiyyəti zamanı danışıb.
“Bu gün də, sabah da Ukraynanın xarici işlər nazirini dəyişmək fikrim yoxdur. Hər ehtimala qarşı deyim ki, biri gün də yox. Yəni ümumilikdə demək istəyirəm ki, biz komanda şəklində işləyirik. Mən onların işinə böyük hörmətlə yanaşıram və xarici işlər nazirinin nəticələrinə də yüksək qiymət verirəm. Buna görə də bunlar bəzi deputatların yaydığı sırf şayiələrdir”, — Ukrayna lideri bildirib.

Daha əvvəl Ali Radanın deputatı Jeleznyak bildirmişdi ki, Sibiqa Ukraynanın Polşadakı səfiri təyin olunacaq, Xarici İşlər Nazirinin birinci müavini Kisliça isə onun yerini tutacaq.

Xatırladaq ki, daha əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün teleqram kanalında Ukraynanın Xarici İşlər Nazirliyində kadr dəyişikliklərinin gözlənildiyini qeyd etmişdi.

O bildirmişdi ki, ölkənin yeni xarici işlər naziri Sergey Kislitsa təyin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru