İranda kütləvi aksiyalara çağırış: “Cəhənnəmdən xilas olmalıyıq”
24-12-2025, 12:18
Dünən İran Fəhlələrinin Azad Həmkarlar İttifaqı bütün ölkə əhalisini etiraz aksiyasına çağırıb.
Tribuna.az bildirir ki, təşkilat gələn ilin büdcəsində işçilərin maaşlarının 20 faiz artırılmasının nəzərədə tutulmasını fəhlələrin təhqir edilməsi adlandırıb.
Bildirilib ki, gələn il İranda dəhşətli inflyasiya, ağlasığmaz yoxsulluq və səfalət baş verəcək. “Ölkəni idarə edən cəhənnəmə son qoymaq üçün ümumxalq tətilləri və etirazlar başalamlıyıq. Hamını küçələrə səsləyirik”.