Sülh planı: Rusiya qəbul etməyəcək, səbəbləri bunlardır

25-12-2025, 10:48           
Sülh planı: Rusiya qəbul etməyəcək, səbəbləri bunlardır
Ukrayna Prezidenti Vladimir Zelenskinin dediyi formada müharibənin başa çatdırılmasına dair sülh planının Rusiya tərəfindən qəbul olunmaq şansı yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko bildirib.

“Problem ondadır ki, onlar (Rusiya – red.) axmaqcasına və israrla mahiyyət etibarilə Ukraynanın kapitulyasiyası demək olan tələblərini təkrarlayırlar. Yəni birincisi, Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasını tələb edirlər. Son vaxtlar isə ümumiyyətlə “Novorossiya”dan danışmağa başlayıblar. Yəni iştahları genişlənə və müvafiq olaraq tələbləri də arta bilər”, – deputat qeyd edib.

Merejko əlavə edib ki, ruslar həmçinin Ukraynanın neytral statusunu tələb edirlər ki, bu da Kiyev üçün qəbuledilməzdir, çünki nə hüquqi, nə də siyasi baxımdan bu, mümkün deyil.

“Üçüncüsü – silahlı qüvvələrimizə məhdudiyyətlər, yəni sözdə demilitarizasiya. Və ya, məsələn, seçkilərin keçirilməsi tələbi. Rusiyanın bəzi tələbləri müdafiə qabiliyyətimizi maksimum dərəcədə zəiflətməyə yönəlib ki, gələcəkdə bizi işğal bilsinlər. Digər tələblər isə bizi daxildən məhv etməyə hesablanıb”, - siyasətçi vurğulayıb.

Deputatın sözlərinə görə, Rusiyanın bütün tələblərinin bir məqsədi var – Ukraynanı dağıtmaq, tabe etdirmək və dövlətçiliyini məhv etmək:

“Başa düşmək lazımdır ki, qalan hər şey sadəcə sözlərdir, siyasi oyundur. Putin bu əsas məqsədindən – Ukraynanın məhv edilməsindən imtina etmir. Ona görə də ona bizi məhv etmək imkanı verməyən heç bir variant, heç bir plan uyğun gəlməyəcək. Bunu çox aydın dərk etmək lazımdır. Şübhəsiz ki, danışıqlar aparmaq lazımdır ki, Tramp görsün: biz sülhə köklənmişik, problem bizdə deyil”.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna sülh planının bütün 20 bəndini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru