Zelenski Putinin iqamətgahına dron hücumu iddialarını təkzib etdi

30-12-2025, 10:34           
Zelenski Putinin iqamətgahına dron hücumu iddialarını təkzib etdi
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkə Prezidenti Vladimir Putinin iqamətgahına Ukrayna dronlarının hücumu ilə bağlı açıqlaması həqiqətə uyğun deyil və bu, Kiyevə zərbələr endirmək üçün əsas kimi istifadə edilə bilər".

"İnterfaks" xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.

"Bu, Rusiya Federasiyasının daha bir yalanıdır. Dünən Trampla görüşümüz oldu. Əgər bizim ABŞ ilə mübahisəmiz yoxdursa və irəliləyiş əldə ediriksə, bu, Rusiya üçün uğursuzluqdur. Çünki onlar bu müharibəni bitirmək istəmirlər. Ona son qoymağın yeganə yolu Rusiyaya təzyiq göstərməkdir. Buna görə də əminəm ki, onlar səbəb axtarırdılar", - deyə Zelenski jurnalistlərə bildirib.

O, əlavə edib ki, Lavrovun iddiası Kiyevə zərbələr endirmək üçün əsas ola bilər:

"Görürsünüz, onlar daha da irəli gedirlər. İndi də paytaxta və yəqin ki, hökumət binalarına zərbələr endirmək üçün zəmin yaradırlar. İndi hər kəs ayıq olmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru