Zelenskinin həyatı təhlükədə: Rusiya Ukraynaya xəbərdarlıq etdi

30-12-2025, 09:44           
Zelenskinin həyatı təhlükədə:
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskini yalan danışmaqda ittiham edib və Kiyev rejiminin öz cinayətlərinə görə cavab verəcəyini bildirib.

Bu bəyanat Rusiya prezidenti Vladimir Putinin dövlət iqamətgahına edilən hücumla bağlı verilib.

Zaxarova Zelenskinin iqamətgaha zərbə endirilməsi xəbərini təkzib etməsinə münasibət bildirib:

“Guya Rusiya tərəfindən oğurlanmış uşaqlarla bağlı səslənən fikirlər yalandır. Zelıenskinin Rusiya tərəfinin danışıqlardan imtina etməsi haqda dedikləri də yalandır. Lavrovun iqamətgaha hücumla bağlı dedikləri isə həqiqətdir və bu cinayətlərə görə Kiyev rejimi cavab verəcək”, — Zaxarova vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru