Bu addım atılsa, Qərb məğlub olacaq – Tusk 30-12-2025, 10:24 Ukraynadakı münaqişənin həlli üzrə sülh danışıqlarının başa çatmasına hələ çox var.Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk deyib.O, ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazır olduğunu bildirməsini danışıqların uğuru kimi qiymətləndirib.Eyni zamanda Tusk qeyd edib ki, Rusiyanın şərtləri ilə sülh bağlanması həm Ukraynanın, həm də Qərbin məğlubiyyəti anlamına gələcək.Onun fikrincə, gələcək danışıqlar prosesi üçün müttəfiqlərin birliyi və strateji hədəflərin aydın şəkildə müəyyən olunması əsas şərtdir. Facebook-da paylaş