Tramp Putinin 2022-ci ildə etdiyini təkrarladı.

5-01-2026, 10:34           
Tramp Putinin 2022-ci ildə etdiyini təkrarladı.
Hətta Rusiya Kiyevə hücum edəndə ABŞ-dan daha hazırlıqlı idi, böyük qüvvə yeridilmişdi. "Rosqvardiya", desant və VDV kimi ordunun "qaymaq" hissələri helikopterlərlə birbaşa Kiyevə endirilmişdi.
Zelenski qaçmadı, güvəndiyi xalqın arasına qarışdı. Mülki insanlar silahdan istifadə etməyi bacarıb-bacarmadıqlarına baxmayaraq, orduya dəstək verdilər, əllərinə keçənlə silahlanıb həm dövlət başçısını qorudular, həm də işğalçıları geri oturtmağı bacardılar.
Maduro isə xalqa güvənmədiyindən yalnız əl çalanların, yaltaqların və inək satıb polisə düzələnlərin arxasında gizləndi.
"Delta Force"un bir alayı helikopterlə gəlib, onu əli ilə qoymuş kimi asanlıqla həbs edib apardı. Güvəndiyi heç kəs onu qorumadı, helikopterə bir atəş açan olmadı. Nə bir qırğın yaşandı, nə də ciddi bir döyüş. Çörək pulu xatirinə orduya və polisə düzələnlər, diktator uğrunda ölməyi gözə almadılar.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru