Danimarka Baş naziri Trampı Qrenlandiya ilə bağlı təhdidlərə son qoymağa çağırıb

5-01-2026, 11:48           
Danimarka Baş naziri Trampı Qrenlandiya ilə bağlı təhdidlərə son qoymağa çağırıb
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampı Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı təhdidlərə son qoymağa çağırıb.

“Reuters” xəbər verir ki, bu çağırış Trampın "The Atlantic" jurnalına müsahibəsində Qrenlandiya mövzusuna yenidən toxunmasından sonra səsləndirilib.

Frederiksen bildirib ki, Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsinin zəruriliyi barədə danışmaq tamamilə mənasızdır.

Onun sözlərinə görə, ABŞ-ın Danimarka Krallığının tərkibinə daxil olan üç ölkədən heç birini anneksiya etmək hüququ yoxdur.

Baş nazir vurğulayıb ki, ABŞ tarixən yaxın müttəfiqinə, eləcə də özlərinin satılmadığını açıq şəkildə bəyan etmiş başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoymalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru