İranda baş verən prosseslərin necə nəticələnəciyini heç kim hesablaya bilmir.
9-01-2026, 16:31

Çünki 1979-cu ildən bu günə qədər İranda saysız-hesabsız etirazlar, ayaqlanmalar olub. Bu sondurmu? Hələlik məlum deyil. Lakin bütün hallarda baş verə biləcək ən pis ssenarilərə hazır olmalıyıq. Bu gün İranda ümumxalq ayaqlanması olacaq. Bu "qara cümə" də ola bilər. İranda etiraz edənlərə qarşı daha amansız davranan Sepaha da ABŞ-dan xəbərdarlıq gəlib.
Donald Tramp "insanları qətl etsələr İranı bombalayacağıq" deyib. Bundan sonra da qonşu ölkənin hansı taleyi yaşayacağı məlum deyil. İndi bizi düşündürən Güney Azərbaycanın azadlığı və dövlətləşməsini təmin etməkdir. Lakin Guzey Azərbaycan bu mövzuda masada təkbaşına heç bir hökm sahibi ola bilməz. Heç İsrail, ABŞ da regionda ikinci böyük Türk dövlətinin yaranmasına imkan verməyəcək. Lakin daha incə, həssaslıqla Güneydəki soydaşlarımızın taleyi, gələcəyi ilə bağlı addımlar atılmalıdır. Bu işdə Türkiyə ilə bu günə qədər olmadığı səviyyədə addım-addım, qarış-qarış birlikdə hərəkət etməliyik. Bəlkə də yaxın bir-iki ildə olmayacaq. Amma Türkiyənin Suriya təcrübsəsindən yararlanmalıyıq.
Eyni zamanda iranda parçalanma, separatizm, dini və milli qarşıdurmalar baş verəcəksə, ən çox əziyyəti də elə biz Türklər, Türkiyə və Azərbaycan çəkəcəyik.
Əgər Azərbaycan Türkləri ayaqlanaraq tam mütəşəkkil formada hərəkətə keçsələr rejim bütün hərbi gücü ilə azərbaycanlılara qarşı təzyiqlərə başlayacaq. Çünki yalnız Azərbaycan Türkləri Güneydəki dövlətin qurucusu, qoruyucusu olublar. Digər xalqların isə iran coğrafiyasında tarix boyu heç bir güclü dövləti olmayıb.
Əgər fars rejimi bunu anlasa İranı dağıtmaqdansa, dövləti qoruyub Azərbaycan Türklərinə ötürməli, Türkcənin Dövlət Dili olmasını təmin etməli və sair vacib tələbləri reallaşdırmalıdır. Yalnız bu zaman İran xilas ola bilər. Əks təqdirdə İsrail, ABŞ iranı İraqdan, Suriyadan, Fələstindən betər qara günə salacaq.
Razi Abasbəyli
TEREF

