Yeni trend: ABŞ tərəfindən neft tankerlərin ələ keçirilməsi. VİDEO
10-01-2026, 00:06

Yeni trend: ABŞ tərəfindən neft tankerlərin ələ keçirilməsi. Bu gün Rusiyaya məxsus növbəti neft tankeri ələ keçirilib.
Bu gün, son 1 ay ərzində ABŞ 5-ci neft tankeri ələ keçirib
2025-ci ilin dekabr ayından etibarən ABŞ, sanksiyalardan yayınmaq üçün istifadə olunan, əsasən Venesuela, Rusiya və İrandan neft daşınması ilə məşğul olan "kölgə donanmaya" aid neft tankerləri ələ keçirməyə başlayıb.
Xronologiyaya diqqət yetirək:
- "Skipper"
10 dekabr 2025-ci ildə Karib dənizində, Venesuela sahilləri yaxınlığında ələ keçirilib.
Bu, Venesuela neftinin blokadası çərçivəsində həyata keçirilən ilk əməliyyat oldu. "Skipper" tankeri İran neftini daşıdığına görə 2022-ci ildə bəri ABŞ sanksiyaları siyahısındadır.
- "Centuries"
2025-ci il 20 dekabrda ələ keçirilib.
1,8 milyon barel Venesuela nefti ilə yüklənmişdi.
- "Marinera" (əvvəllər "Bella 1" kimi tanınırdı)
7 yanvar 2026-cı ildə Şimali Atlantikdə, həftələrlə davam edən təqibdən sonra "Marinera" neft tankeri ələ keçirilib.
Gəmi Rusiya bayrağı altında idi və Rusiya, İran, Venesuelanın "kölgə donanması" ilə əlaqələndirilir.
ABŞ onu, Rusiya sualtı qayığının müşayiətinə baxmayaraq, 2 həftədən çox təqib edib.
- "M Sophia"
7 yanvar 2026-cı ildə Karib dənizində (Marinera ilə demək olar ki, eyni vaxtda) ələ keçirilib.
"M Sophia" Venesuela və Rusiya neftini daşıyırdı və ələ keçirilən zaman tankerdə 1.8 milyon barrel neft var idi.
- "Olina"(videodaki)
9 yanvar 2026-cı ildə Karib dənizində ələ keçirilib.
Sanksiyalı neftin daşınmasında iştirak edən Rusiya "kölgə donanması"na aid tanker.
Kamran Cəfərov
TEREF

