İranlı diplomatların Avropa Parlamentinə girişi qadağan edildi

13-01-2026, 10:44           
İranlı diplomatların Avropa Parlamentinə girişi qadağan edildi
Avropa Parlamentinin Prezidenti Roberta Metsola İranın diplomatik və digər nümayəndələrinin Avropa Parlamentinin ərazisinə buraxılmasının qadağan edildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"İranın cəsur xalqı öz hüquq və azadlıqlarını müdafiə etməkdə davam etdiyi bir vaxtda, bu gün İranın bütün diplomatik heyətinin və digər istənilən nümayəndələrinin Avropa Parlamentinin bütün binalarına girişini qadağan etmək qərarı verdim. Parlament işgəncə, repressiya və qətllər yolu ilə hakimiyyəti əlində saxlayan bir rejimin legitimləşdirilməsinə xidmət etməyəcək", - o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru