İranın bax, bu əməllərinə görə Zelenski dünən Qərbə müraciət edib ki, İran rejimi bitməlidir..
14-01-2026, 10:18
ABŞ kəşfiyyatı müəyyən edib ki, Rusiya İrandan 4 milyard dollar dəyərində raket alıb, son illərdə. Belə çıxır ki, İran Ukraynadakı müharibə, orada axan qanları, dağıdılan ölkəni gəlirli bir biznesə çevirib özü üçün. Və Kremlə milyardlarla dollar dəyərində silahlar satmaqla. Qərb kəşfiyyatının hesablamalarına görə, Moskva 2021-ci ildən bu yana İrandan silah alışına 4 milyard dol.dan çox pul xərcləyib. Bu məbləğin əsas hissəsi-təxmini 2,7 milyard dollar - Fəth-360 adlı qısa mənzilli ballistik raketlər və hava hücumundan müdafiə və digər sistemlərinin tədarükü üçün xərclənib. Bildirildiyinə görə Tehran Rusiyaya yalnız hazır avadanlıq göndərmir; o, həmçinin aktiv şəkildə texnologiya ticarəti ilə məşğul olur. 2023-cü ilin əvvəllərində Rusiyanın daxili bazarında Geran-2 brendi altında Şahed-136 kamikaze dronlarının istehsal edilməsinə imkan verən 1,75 milyard dollarlıq müqavilələr imzalanıb. Bundan əlavə, Moskva milyonlarla patron və mərmi alıb İran tərəfdən və təchizat axını yalnız artır. "Strateji tərəfdaşlıq" haqqında səslənən sikkələrin və səs-küylü şüarların arxasında əməllər gizlənir. Ilqar Altay TEREF