Aİ Ermənistanı “qara siyahı”ya saldı, Paşinyan isə təşəkkür elədi
15-01-2026, 09:18
Bu gün bizə deyirlər: siz Aİ ilə yaxşı münasibətlər qurduğunuzu iddia edirsiniz, bəs niyə bu məsələni həll etməmisiniz? Bəlkə də yanaşmanız səhvdir! Əziz dostlarım, bu, standartlar məsələsidir; başa düşürsünüz, biz fərqli işləməliyik.
TEREF “Axar.az“a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Avropanın Ermənistanı “aviasiya qara siyahı”sına daxil etməsi haqda danışarkən deyib.
“Mən Aİ-yə minnətdaram. Problem bizdədir, Avropa İttifaqında deyil. Aİ bizə deyir: “Dostlar, burada probleminiz var. İstəyirsiniz həll edin, istəmirsiniz etməyin, problem yoxdur, amma standartlarıma cavab verməyən bir təyyarənin yaşayış məntəqələrimin üzərindən uçmasına icazə verməyəcəyəm”. Burada narazılıq üçün heç bir səbəb yoxdur; bu, bizim qərar qəbul etməyimizə kömək edir”, – Paşinyan vurğulayıb