Rusiyada yaşayan azərbaycanlılara DAHA BİR XƏBƏR

21-01-2026, 11:14           
Rusiyada yaşayan azərbaycanlılara DAHA BİR XƏBƏR
“Rusiyada xarici vətəndaşlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq və yalnız xarici pasportlarla açılmasına icazə vermək lazımdır”.

Bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy deyib:

“Miqrantlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq zəruridir. Xarici vətəndaşlar bir bankdan və yalnız bir hesabdan istifadə etməlidir. Onlar hazırda Rusiya banklarında hesablarını öz ölkələrinin daxili şəxsiyyət vəsiqəsindən istifadə edərək açırlar”.

Onun fikrincə, banklar belə vacib prosesləri yalnız beynəlxalq pasportlar vasitəsilə həyata keçirməlidir.//Oxu.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru