Desək ki, Davos forumu uğurlu keçib yanılmarıq.

23-01-2026, 12:08           
Desək ki, Davos forumu uğurlu keçib yanılmarıq.
- Qrenlandiya məsələsi kompromis yolu ilə həll olundu.
- Qərb mətbuatı yazsa da ki görüş baş tutmayacaq, Tramp və Zelenski arasında görüş baş tutdu və yaxşı keçdi.
Ukraynanın bərpası və ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər demək olar ki, 100% hazırdır, baxmayaraq ki, imzalanmayıb. Tramp "Sülh Şurası"na görə xeyli yorğun idi, amma əsas məsələ odur ki, əsəbi deyildi.
- Dünən ABŞ delegasiyası (Uitkoff, Kuşner və Coş Qrünbaum) Moskvada Putin, Uşakov və Dmitriyevlə görüşüblər. Görüşün əsas nəticəsi o oldu ki, Trampın təşəbbüsü ilə 23-24 yanvar tarixlərində İLK dəfə Ukrayna-ABŞ-Rusiya üçtərəfli formatında danışıqlar keçiriləcək. Ukrayna nümayəndə heyətinin rəhbəri Budanov olacaq.
- Bravo Makron! ABŞ-ın başlatdığı trendə Fransa qoşulur.
Fransa Hərbi-Dəniz Qüvvələri Rusiyadan gəldiyi bildirilən neft tankerini saxlayıb(aşağıdaki şəkildə), bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb:
"Bu əməliyyat açıq dənizdə, Aralıq dənizində, bir sıra müttəfiqlərimizin dəstəyi ilə həyata keçirilib. Əməliyyat Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına tam uyğun şəkildə aparılıb".
Makronun sözlərinə görə, tanker saxta bayraq altında üzürdü və sanksiyalar altındadır, hazırda araşdırma başlanıb.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru