Zelenski: “Donbas heç vaxt Rusiyaya verilməyəcək”

27-01-2026, 10:44           
Zelenski: “Donbas heç vaxt Rusiyaya verilməyəcək”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sülh müqaviləsi çərçivəsində Donbas əraziləri heç bir halda Rusiyaya verilməyəcək və kompromis yolu axtarılmalıdır.

Tribuna.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsə səfəri zamanı keçirilən mətbuat konfransında o, vurğulayıb ki, Ukraynanın mövqeyi dəyişməzdir və ərazilərdən imtina olunmayacaq.

Zelenski əlavə edib ki, ABŞ tərəfindən Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri barədə sənəd artıq tam hazırdır. İndi təkcə imzalanma tarixi və yeri gözlənilir. Sənəd təsdiqləndikdən sonra ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru