Rubio: ABŞ İrana qarşı preventiv hərbi əməliyyatı istisna etmir

29-01-2026, 16:24           
Rubio: ABŞ İrana qarşı preventiv hərbi əməliyyatı istisna etmir
ABŞ İrana qarşı preventiv xarakter daşıya biləcək hərbi əməliyyatın həyata keçirilməsini istisna etmir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə danışıb.

Rubionun sözlərinə görə, belə bir addım potensial hücumun qabaqlanmasına xidmət edə bilər, lakin bunun mütləq baş verəcəyi demək deyil.

O, ABŞ-ın bu ssenarinin reallaşmamasına ümid etdiyini də vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Vaşinqton hazırda İrana yönəlik riskləri nəzərə alaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq niyyətindədir.

Onun sözlərinə görə, ABŞ regionda qüvvələr yerləşdirməklə şəxsi heyətini və obyektlərini mümkün İran təhdidlərindən qorumaq imkanını nümayiş etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru