ABŞ Avropanı tankerlərlə mübarizə üçün necə birləşdirdi? VİDEO

29-01-2026, 15:38           
ABŞ Avropanı tankerlərlə mübarizə üçün necə birləşdirdi?  VİDEO
Baltik və Şimal dənizi bölgələrində ümumilikdə 14 ölkə Rusiyanın "kölgə donanması"nın fəaliyyətinə qarşı müqavilə imzalayıb. Rusiyanın gəmi ilə neft ixracının əsas marşrutlarından biri bu ölkələrin ərazi sularından keçir.

14 ölkənin birgə bəyanatına görə, gəmilər yalnız bir dövlətin bayrağı altında üzə bilərlər. İki və ya daha çox dövlətin bayraqlarını daşıyan tankerlər "dövlətsiz gəmilər" hesab ediləcək.

Rusiya sanksiyalardan yayınmaq üçün gəmilərində bayraqları dəyişdirirdi. Ona görə də tankerlərə "kölgə donanması" adı verilmişdi. Bundan sonra Rusiyanın kölgədə gizlətdiyi tankerlər gün üzünə çıxır. Onları ovlamaq da asanlaşır.

Maraqlıdır, Avropa niyə birdən bu məsələdə qəti qərara gəldi? Rusiyanın Ukraynaya qarşı müharibəsi 2022-ci ildən gedir. Sanksiyaların bu istiqamətdə dəyişməsi niyə məhz indi yada düşdü?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru