“Reuters”: Fars körfəzinə ABŞ-nin altıncı esminesi gəlib
30-01-2026, 09:44
ABŞ Silahlı Qüvvələri altıncı esminesi olan “Delbert D Black”ı Fars körfəzinə göndərib.
Bu barədə “CBS News” və “Reuters”də daxil olmaqla Qərb mediası məlumat yayıb.
ABŞ-nin Yaxın Şərqdə bir təyyarədaşıyan gəmisi, altı esminesi və üç sahil döyüş gəmisi mövcuddur. “Delbert D Black” esminesi son iki gün ərzində bölgəyə çatıb.
Yanvarın 28-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat ehtimalını istisna etmir və Amerika tərəfinin fikrincə, bu, qabaqlayıcı tədbir olacaq.