İran-ABŞ danışıqları necə başa çatıb?

18-02-2026, 09:24           
İran-ABŞ danışıqları necə başa çatıb?
Bu gün Cenevrədə İran ilə ABŞ arasında dolayı danışıqlar ortaq məqsədlərin və müvafiq texniki məsələlərin müəyyənləşdirilməsi istiqamətində yaxşı irəliləyişlə başa çatıb.

Yenicag.az xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr Əl-Busaidi “X”dəki hesabında yazıb.

“Görüşlərimizin ruhu konstruktiv idi. Biz birlikdə yekun razılaşma üçün bir sıra istiqamətverici prinsipləri müəyyən etmək üçün ciddi səylər göstərdik”, – o bildirib.

Bədr Əl-Busaidinin sözlərinə görə, görüşdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossinin töhfəsi yüksək qiymətləndirilib: “Hələ çox iş görülməlidir və tərəflər növbəti görüşdən əvvəl aydın addımlarla ayrıldılar”./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru