İsrail əczaçılıq şirkətini vurdu: İrandan qəzəb dolu açıqlama

1-04-2026, 08:24           
İsrail əczaçılıq şirkətini vurdu: İrandan qəzəb dolu açıqlama
İsrailin İranda əczaçılıq sektoruna zərbəsi regionda gərginliyi daha da artırıb.

İranın xarici işlər naziri Abbas Araqçi bu hücumla bağlı sərt və emosional açıqlama verib.

Nazir bildirib ki, İsrail artıq açıq şəkildə və heç bir çəkinmə olmadan mülki infrastrukturu, o cümlədən əczaçılıq şirkətlərini hədəfə alır. Onun sözlərinə görə, bu addımlar qarşı tərəfin niyyətlərinin nə qədər təhlükəli olduğunu bir daha göstərir.

Araqçi vurğulayıb ki, İsrail ciddi səhvə yol verib və bu dəfə qarşısında müdafiəsiz insanlar deyil, güclü dövlət dayanır: “Onlar anlamalıdır ki, bu dəfə qarşılarında müdafiəsiz fələstinli dinc sakinlər yox, İran var”.

İran XİN başçısı əlavə edib ki, ölkəsinin silahlı qüvvələri bu cür hücumlara cavabsız qalmayacaq və hücum edən tərəf sərt şəkildə cəzalandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru