“Onlar Hörmüzdən keçə bilməz!” – Pezeşkian işğalçıları hədələyir və SEPAH-la “yola getmir”

Bu gün, 11:24           
“Onlar Hörmüzdən keçə bilməz!” –
İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazı ilə bağlı sərt bəyanatlar verib.

İran mediası xəbər verir ki, Pezeşkianın dediyinə görə, ABŞ, İsrail və onları dəstəkləyən ölkələrin gəmiləri “artıq İran üçün həyati əhəmiyyətli su yolu olan Hörmüz boğazından keçə bilməz”.

Prezident ABŞ və İsraili dəstəkləyən ölkələri də hədələyib: “Əgər kimsə, hər hansı bir bəhanə ilə ABŞ və İsrailin İrana qarşı hücumlarına qoşularsa, bu ölkələr üçün nəticələr son dərəcə təhlükəli və dəhşətli olacaq. İran buna ən sərt şəkildə cavab verəcək”.

Bu arada müxalif “İran İnternational” kanalı İranda hökumət və hərbi komandirlər arasında gərginliyin artması fonunda Məsud Pezeşkianın “tam siyasi dalana” dirəndiyini iddia edib. Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pezeşkianın təyinatlarına, qərarlarına müqavimət göstərir və ölkənin icra hakimiyyətini hökumətin nəzarətindən faktiki olaraq çıxarıb.

Mənbənin məlumatına görə, Prezidentin İran Kəşfiyyat naziri vəzifəsinə namizəd irəli sürmək cəhdləri SEPAH tərəfindən bloklanıb. Xüsusilə, yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin birbaşa təzyiqi altında Hüseyn Dehqan da daxil olmaqla, təklif olunan bütün namizədlər rədd edilib.

Bildirilir ki, Pezeşkian son günlərdə dəfələrlə Ali Rəhbər M.Xamenei ilə təcili görüş tələb edib, lakin bu tələblər cavabsız qalıb və heç bir görüş, yaxud əlaqə baş tutmayıb./azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]