"Axios": ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka

6-04-2026, 11:38           
"Axios": ABŞ İranla danışıqlar üçün son tarixi bir sutkaABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın bağlanması müddətini bir sutka uzadıb.

"Report" xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

"Tramp İran üçün son müddəti daha bir sutka uzadıb", - Ravid qeyd edib.

Tramp bazar günü "Fox News" telekanalına "sabah sövdələşmə bağlamaq üçün yaxşı şans" olduğunu bildirib.

"Əgər onlar sazişi bağlamasalar - özü də tez bir zamanda - mən hər şeyi partlatmaq və nefti nəzarətə götürmək imkanını nəzərdən keçirirəm... Düşünürəm ki, sabah üçün yaxşı şans var, danışıqlar elə hazırda da gedir", - Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru