İran ABŞ-ni vura biləcək raket hazırlamağı planlaşdırır - Xameneiyə müraciət

Dünən, 15:48           
İran ABŞ-ni vura biləcək raket hazırlamağı planlaşdırır - Xameneiyə müraciət
İranlı deputatlar ölkənin ali lideri Müctəba Xameneiyə qitələrarası ballistik raketlərin işlənib hazırlanmasına razılıq verməsi xahişi ilə müraciət ediblər.

Moderator.az xəbər verir ki, bu barədə İranın "Asriran" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciəti Vaşinqtonun Tehranla münaqişənin sülh yoluyla həlli ilə bağlı danışıqlarda tutduğu mövqeyinə şübhə ilə yanaşan 85 parlament üzvü imzalayıb.

İsrailin "The Jerusalem Post" qəzeti yazıb ki, ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri sözügedən müraciəti Birləşmiş Ştatlara çata biləcək raketlərin yaradılmasına çağırış kimi şərh ediblər.

İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yakov Amidror nəşrə bildirib ki, Vaşinqtonla danışıqlar nəticəsində hər hansı əlverişli iqtisadi şərtlər Tehranın belə işlər üçün lazım olan resurslara sahiblənməsinə səbəb ola bilər.

Xameneiyə müraciət edənlər arasında ABŞ ilə danışıqlara qarşı çıxan İranın keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru