İmtiyazlı təbəqəyə niyə güzəştlər tətbiq edilmir?

1-10-2025, 00:10           
İmtiyazlı təbəqəyə niyə güzəştlər tətbiq edilmir?
Milli Məclisdə metroda gedişhaqqının artırılması məsələsi müzakirə olunub.

Bu barədə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.

“Ölkədə ən böyük problemlərdən biri ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi məsələsidir. Sevindiricidir ki, Gəncədə modern avtobusların təminatını gördük. Eyni qaydada Bakıda da ictimai nəqliyyatın necə işləməsi, əhalinin vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin əsas parametrləri sayılmaqdadır. Bu günlərdə metroda da qiymətlərin artması iqtisadi cəhətdən əsaslandırıla bilər, amma başqa yerlərdə qiymətlər artanda imtiyazlı təbəqənin hansı formada bundan yararlanacağı qeyd olunur.

Bizdə isə tələbələrin, şəhid ailələrinin övladlarının, ayrı-ayrı aztəminatlı şəxslərin, daun-autizm xəstəsi olan uşaqların, müalicəyə gedənlərin hansı formada daşınacağı, hansısa imtiyazlı təbəqənin müəyyən kartlarla təmin olunması məsələsi problem olaraq qalır”, – deyə deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru